FHN DİN-lə birlikdə təlim keçirdi

5 Aprel 2017 12:18 (UTC+04:00)

Fövqəladə Hallar Nazirliyinin mətbuat xidmətindən AzNews.az-a verilən məlumata görə, təlimə Fövqəladə Hallar və Daxili İşlər nazirliklərinin aidiyyəti qurumları, canlı qüvvə və texnikası cəlb olunub.

İdman yarışları keçiriləcək obyektdə baş verə biləcək hər hansı fövqəladə hadisənin qarşısının operativ alınması məqsədi ilə keçirilən təlimdə yanğın təhlükəsizliyinin təmin olunması, tamaşaçıların təxliyə olunması, zərərçəkmişlərə ilkin tibbi yardımın göstərilməsi üzrə əməliyyatlar həyata keçirilib.