46 yaşlı kişini avtomobil vurdu

5 Aprel 2017 16:22 (UTC+04:00)

AzNews.az Report-a istinadən xəbər verir ki, hadisə Sabunçu rayonunda qeydə alınıb.

Belə ki, 2-ci Zabrat qəsəbəsində yolu keçmək istəyən 1971-ci il təvəllüdlü Qasımov Tacib Fəzail oğlunu avtomobil vurub. Nəticədə T.Qasmov sınıq xəsarətləri alaraq xəstəxanaya yerləşdirilib.

Faktla bağlı araşdırma aparılır.