Türkiyə mətbuatı da Əkrəm Əylislini “vurdu”

4 Fevral 2013 12:50 (UTC+04:00)


Yazıçı Əkrəm Əylislinin "Daş yuxular" əsəri ətrafında yaranan qalmaqal Türkiyə mətbuatının da diqqətini cəlb edib. Türkiyə mediası yazıçının "Orxan Pamuk kimi Nobel almaq istəməsi" barədə iddialara da yer ayırıb: "Erməni qonşularını etnik şiddətdən qorumaq istəyən iki azərinin hekayəsinin anladıldığı əsər Dağlıq Qarabağ problemi səbəbi ilə normallaşmayan Azərbaycan-Ermənistanın düşmənçilik dolu tarixini yazır. Hekayə Azərbaycanda nəşr olunmasa da, yazarın Bakıdakı evinin qarşısında aksiya keçirilib".

Milli Məclisdə Əkrəm Əylislinin ünvanına sərt ittihamlar səsləndirildiyini qeyd edən qəzet yazıçının fikirlərinə də geniş yer ayırıb: "Free Europe"a radiosuna danışan yazıçı ermənilər mənim üçün düşmən deyil. Çıxış yolu tapılmadıqca, iki xalq arasında düşmənlik böyüyür. Bir azərbaycanlının bir erməniyə necə yardım etdiyindən danışıram. Bərabər yaşaya bilərik. Mən necə xain ola bilərəm".

Elnarə
AzNews.az