Nardaranda “Hacı Əbdül”dən silah-sursat tapıldı

6 Aprel 2017 13:59 (UTC+04:00)

Daxili İşlər Nazirliyindən AzNews.az-a verilən məlumata görə, əldə edilən əməliyyat məlumatı əsasında Sabunçu RPİ 42-ci PB-nin əməkdaşları tərəfindən Nardaran qəsəbəsində yerləşən, hazırda fəaliyyət göstərməyən "Hacı Əbdül" hamamına baxış zamanı oradan "AKS" markalı silah, 50 ədəd müxtəlif çaplı patron, 1 patron darağı, 4 ədəd "F-1" qumbarası, 2 qumbara alışqanı və dini mərasimlərdə istifadə olunan zəncir aşkar edilərək götürülüb.