"Özcan Dənizin Bakıya gəlməsinə qadağa qoyulsun"- Tolikdən çağırış

6 Aprel 2017 15:51 (UTC+04:00)

AzNews.az xəbər verir ki, bunu tanınmış prodüsser Tolik (Tarix Əliyev) Türkiyə müğənnisi Özcan Dənizin erməni dilində ifa etdiyi mahnıya münasibətində deyib. Tolik Özcan Dənizi ermənipərəstlikdə ittiham edib:

Erməni mahnılarına yaman meyli var. Bu yaxınlarda Bakıya gəlib, filmdən milyonlar qazanacaq. Gedərsiniz baxmağa.

Tolik Özcan Dənizin Azərbaycandakı qadın pərəstişkarlarına mesaj verib:

Lezvalayarsınız özünüzü. Kül qoyum Özcanın və ona görə özünü lezvalayanların da başına. Gedin, səhifəsində yaltaqlanın ki, bizdə bir Tolik var, sizin haqqınızda yazıb. İndi yenə yazacaq ki, musiqinin dili yoxdur, bicin biri. Getsin kinosunu Ermənistanda çıxartsın.

Bahar RÜSTƏMLİ

AzNews.az