AzNews.az xarici KİV-ə istinadən xəbər verir ki, 30 yaşlı aktrisa hazırda dostları ilə Tailandda istirahət edir.
İstirahət zamanı çəkdirdiyi fotolarını isə İnstagram hesabında paylaşır. Daha əvvəl bikinidə fotolarını paylaşan aktrisa, bu dəfə burkini geyinib.
Bir müddət əvvəl Quranı oxuduğunu bildirən Lindsi, İslamı qəbul etdiyini bildirib, İnstagramdakı bir çox fotolarını da silmişdi. Hicab taxıb, başına yaylıq da bağlamışdı. Fotolarının birinə isə həm ərəb, həm ingiliscə şərh əlavə etmişdi.




