Avtoservislərdə müştəriləri belə aldadırlar - Video

6 Aprel 2017 21:45 (UTC+04:00)

AzNews.az Xezerxeber-ə istinadən xəbər verir ki, bunu avtomobil ehtiyyat hissələri satışı ilə məşqul olan şəxslər də təsdiqləyir. Halbuki, hər iki yerdə eyni istehsalçıya məxsus məhsullar satılır. Qiymət fərqi, xüsusilə az satılan mallarda daha çox hiss olunur.

Araşdırmamız göstərir ki, rəsmi servislərlə dıgər satış məntəqələri arasındakı qiymət fərqi avtomobilin yağ filtrlərində 3, hava filterində 5, əyləc lövhələri və yastıqlarında 10, asqı sistemində 15, gövdə hissələrində isə 20 faiz olur. Bu qiymət fərqləri avtomobilin marka və modelindən aslı olaraq arta və yaxud azalada bilir.

Qeyd edək ki, bəzi servislər zəmanətlə olan avtomobillərin xarab olmuş detallarını yalnız onlardan alınan məhsullarla dəyişilməsini tələb kimi qoyur və digər dükanlardan, hətta orginal mal alındıqda belə avtomobili zəmanətdən çıxarırlar.