Dənizdə tapılan meyit itkin düşən neftçinin imiş - Açıqlama

7 Aprel 2017 10:52 (UTC+04:00)

Bu barədə AzNews.az-a Neftçilərin Hüquqlarının Müdafiəsinin sədri Mirvari Qəhrəmanlı bildirib. O, qeyd edib ki, aprelin 6-da dənizdən tapılan meyit Nərimanov adına Neft Qaz Çıxarma İdarəsinin 3 saylı Neft Yığım Məntəqəsinin estakadasının uçması nəticəsində itkin düşən Zülfüqarov Azaya məxsusdur .

Dekabrın 15-də "Azneft" İB-nin N.Nərimanov adına Neft Qaz Çıxarma İdarəsinin 3 saylı Neft Yığım Məntəqəsinin estakadası dənizə düşüb. Hadisə zamanı Neft Yığım Məntəqəsinin növbədə olan 5 nəfər və yaşayış köşkündə olan 5 nəfər (cəmi 10 nəfər) əməkdaş itkin düşüb.

Bahar RÜSTƏMLİ

AzNews.az