Avropa Azərbaycana 582 milyon yardım edib

7 Aprel 2017 11:41 (UTC+04:00)

AzVision.az-ın xəbərinə görə, bunu jurnalistlərə açıqlamasında İqtisadiyyat və sənaye nazirinin müavini Sahil Babayev bildirib.

O, qeyd edib ki, Avropa İttifaqı ölkələri Azərbaycanda əsas xarici investordur: “Əsas kapitala 20 milyarda yaxın, sırf qeyri-neft sektoruna isə 3 milyarda yaxın investisiya Avropa İttifaqı ölkələri tərəfindən gətirilib. Azərbaycanın Avropa İttifaqı ilə əməkdaşlığında geniş istiqamətlərdən biri də yardım proqramlarıdır. Bu yardım proqramları vasitəsilə 1992-ci ildən ölkəmizə 582 milyon avro məbləğində dəstək göstərilib. Bunlar arasında xüsusi olaraq tvinninq layihələri vurğulanmalıdır. Bu layihələr üzrə Azərbaycan regionda liderdir. Biz 45 layihə üzərində işləmişik. Bu layihələrdən 26-ı artıq uğurla həyata keçirilib. 12 layihə hazırda icradadır. 7 layihə üzərində isə hazırda hazırlıq işləri görülür və tezliklə onlar da başlayacaq”.

AzNews.az