“Bu hücum 2003-cü il İraq işğalını xatırlatdı”- Sergey Lavrov

7 Aprel 2017 12:57 (UTC+04:00)

AzNews.az xəbər verir ki, Sergey Lavrovun sözlərinə görə, bu hücum 2003-cü ildə BMT-nin razılığı olmadan İraqın işğalına bənzəyir. Lavrov bəyan edir ki, rəsmi Moskva ABŞ-dan rəsmi izahat tələb edəcək:

“Ümid edirik ki, bu təxribat ABŞ-la münasibətlərimizdə sağalmaz yaralar açmayacaq.”

Sergey Lavrovun sözlərinə görə, ABŞ-ın “Şəyrat” hərbi bazasına etdiyi hücum “Əl-Nusra” terror qruplaşmasının fəaliyyətindən fikir yayındırmaqdır.