Şagird məktəbdə bıçaqlandı - Bakıda

7 Aprel 2017 15:01 (UTC+04:00)

“Report”un məlumatına görə, hadisə Suraxanı rayonu, N.İsmayılov 25 ünvanında yerləşən 146 nömrəli orta məktəbin həyətində baş verib.

Belə ki, Bakı şəhər sakini 1989-cu il təvvəllüdlü Nizami Kərimov orada təhsil alan 2001-ci il təvəllüdlü Rəşad Novruzovun bud nahiyəsindən bıçaqla xəsarət yetirib.

Yaralı xəstəxanaya yerləşdirilib.

Hüquq-mühafizə orqanları faktla bağlı araşdırma aparır.

AzNews.az