Gödəkçəsinin cibindən 910 min Rusiya rublu çıxdı - Gömrükdə

7 Aprel 2017 18:52 (UTC+04:00)

AzNews.az Dövlət Gömrük Komitəsinin mətbuat xidmətin-ə istinadən xəbər verir ki, Heydər Əliyev Beynəlxalq Hava Limanında Bakı-Novosibirsk aviareysilə getmək istəyən Rusiya Federasiyası vətəndaşının gödəkçəsi rentgen aparatından keçirilərkən monitorda kağız pulların təsviri görünüb.

Həmin şəxs saxlanılıb sorğu-sual olunarkən üzərində 500-600 min Rusiya rublu olduğunu bildirib. Lakin şəxsi yoxlama zamanı vətəndaşın gödəkçəsinin cibində gömrük nəzarətinə əvvəlcədən təqdim edilməyən, şifahi, elektron və ya kağız üzərində yazılı formada bəyan olunmayan 182 ədəd - hər biri 5000 Rusiya rublu nominalında əsginaslar olmaqla, cəmi 910 min Rusiya rublu aşkar edilib.

Faktla bağlı araşdırma aparılır.