“Bakı Şəhər Halqası” sakinlərə müraciət etdi: Bu gecədən...

7 Aprel 2017 20:52 (UTC+04:00)

AzNews.az Azərtac-a istinadən xəbər verir ki, aprelin 7-də axşam saatlarından etibarən Əziz Əliyev küçəsində yolun kənarına baryerlərin quraşdırılmasına start veriləcək. Burada quraşdırma işləri nəqliyyat hərəkətinin sıx olmadığı saatlarda (22:00-dan 06:00-dək) aparılacaq.

Paytaxt sakinlərindən göstərilən müddətdə trekin bu hissəsində avtomobili saxlamamaq xahiş olunur. Əks halda işin fasiləsiz gedişatına maneçilik törədən nəqliyyat vasitələri evakuatorla yaxın ərazidəki parklanma yerlərinə aparılacaq.

Əməliyyat şirkəti müvəqqəti narahatlığa görə üzr istəyir, göstərilən anlayış və dəstəyə görə şəhər sakinlərinə əvvəlcədən təşəkkürünü bildirir.