Məktəbə ilanlar daraşıb, müəllim və şagirdlər qorxu içində (Video)

7 Aprel 2017 21:54 (UTC+04:00)

AzNews.az Xezerxeber-ə istinadən xəbər verir ki, müəllim heyyəti bunun uşaqlar üçün təhlükə olmasından narahatdir. Dərs vaxtı ilanlar sinifə dolur.

Şagirdlər ilanları tutub əllərində sallayırlar.

Araşdırmalar nəticəsində məlum olub ki, məktəb yaxınlığındakı 1990-cı illərdən qalmış yarımçıq tikili ilanların məskəninə çevrilib.

Şagirdlər bildirir ki, tavanları bitişik olan binalardan hər gün ilanlar siniflərə daxil olur, məktəb divarlarından sallanırlar.

Məsələ ilə bağlı aidiyyatı qurumlara müraciət olunub. Həmin ərazilər dərmanlansa da təsiri olmayıb. Hələlik ilansancma faktı qeydə alınmayıb.