AzNews.az xarici KİV-ə istinadən xəbər verir ki, daha əvvəl bu mülk əfsanəvi Hollivud prodüseri və bir neçə kino şirkətin qurucusu Semuel Qoldiuna aid olub.
Malikanə 1934-cü ildə prodüserin xüsusi sifarişi əsasında memar Duqlas Xonnold tərəfindən tikilib.
Məlum olub ki, bu ev Los-Ancelesdə tarixi-mədəni irs siyahısına daxil olub. Bu ilin yanvarında Teylor sahib olduğu malikanənin memarlıq abidəsi adını alması üçün müraciət edəcəyini demişdi. O, sənədləri mədəni irs üzrə yerli komissiyaya təqdim edib, malikanənin restavrasiyasına başlayıb.
1 100 kvadrat metr sahədə yerləşən evin bərpası üçün Teylor şəhər administrasiyasından kompensasiya tələb edə bilər.




