Bu ərazilərdə qaz olmayacaq

8 Aprel 2017 14:03 (UTC+04:00)

AzNews.az “Azəriqaz”a istinadən xəbər verir ki, Nəsimi rayonu, A.Qurbanov küçəsi ilə Bakıxanov küçəsinin kəsişməsində diametri 325 mm-lik orta təzyiqli yeraltı qaz kəmərində sızma aşkar olunub.

Qeyd olunan ərazidə nəqliyyatın və əhalinin intensiv hərəkət etdiyi bir sahə olduğu nəzərə alınaraq, sızmanın aradan qaldırılması üçün təmir işlərinin axşam saatlarında görülməsi qərara alınıb.

Bu səbəbdən bu gün saat 21:00-dan işlər yekunlaşanadək Nəsimi rayonunun, Ağadadaş Qurbanov, Bakıxanov, Nəcəfbəy Vəzirov, Hüseynqulu Sarabski və Cəlil Məmmədquluzadə küçələrinin bir hissəsində təbii qazın verilişində fasilələr yaranacaq.

Təbii qazın verilişi ertəsi gün səhər saatlarında bərpa ediləcək.