Turist avtobusu aşdı - 3 ölü, 6 yaralı

8 Aprel 2017 18:51 (UTC+04:00)

"Report" "RİA Novosti"yə istinadən xəbər verir ki, hadisə ölkənin şərqində, Xebey vilayətində, Şaxe şəhərində baş verib.

Hadisə nəticəsində 3 nəfər ölüb, 6 nəfər xəsarət alıb. Məlumata görə, qəza zamanı avtobusda 35 nəfər olub. Yaralılar xəstəxanaya çatdırılıb. Onların səhhətinin normal olduğu bildirilir.

Qəza zamanı həmçinin bir neçə sərnişin də yüngül xəsarət alıb. Avtobusun sürücüsü hadisənin başvermə səbəbləri araşdırılana qədər müvəqqəti olaraq saxlanılıb.

Qəzanın başvermə səbəbləri ilə bağlı araşdırma aparılır.

AzNews.az