"Google" şirkəti öz içkisini buraxıb - Hədiyyəlik qablaşdırmada

8 Aprel 2017 19:11 (UTC+04:00)

AzNews.az Azərtac-a istinadla xəbər verir ki, içki məhdud saydadır və yalnız xüsusi hallar üçün nəzərdə tutulub.

Şirkətin saytında bildirilir ki, bu hədiyyənin hazırlanması ideyası "Google"nin Varşavadakı kampusunun tarixi ilə bağlıdır. Onilliklər boyu bura "Koneser" içki zavodunun binası olub, hazırda isə şirkətin qərargahı yerləşir.

Qeyd edək ki, "Google" 2015-ci ildə "Koneser" zavodunun binasında innovasiya araşdırmaları mərkəzi açıb. Bu, şirkətin 6-cı kampusudur. İlk kampus 2012-ci ildə Londonda açılıb, həmçinin bu cür ofislər Madrid, San-Paulu, Seul və Təl-Əvivdə də var.