Top mərmisi aşkarlandı - Hacıqabulda

8 Aprel 2017 20:33 (UTC+04:00)

Azərbaycan Respublikası Ərazilərinin Minalardan Təmizlənməsi üzrə Milli Agentlikdən (ANAMA) AzNews.az-a verilən məlumata görə, baxış zamanı 1 ədəd 85 mm-lik partlamamış top mərmisi (OF) aşkar edilərək zərərsizləşdirilməsi üçün götürülüb, nəticə etibarilə 1 500 kv.m ərazi yoxlanılıb.

(FHN-nin Böhran Vəziyyətlərində İdarəetmə mərkəzinin və DİN-in “102” Xidməti-Zəng mərkəzi sisteminin məlumatları)

Ümumilikdə Agentlik tərəfindən 01 yanvar – 08 aprel 2017-ci il tarixlərində Ağdam, Ağcabədi, Ağstafa, Füzuli, Şamaxı, Xızı, Beyləqan, Bərdə, Hacıqabul, Tovuz, Qazax, Yevlax, Lənkəran və Cəbrayıl rayonları, Bakı, Lənkəran, Gəncə, Şirvan və Tərtər şəhərlərində 7 otlaq sahəsinə, 6 əkin sahəsinə, 1 hərbi hissənin yaxınlığına, 159 ev və həyətyanı sahəyə, 1 kənd orta məktəbinin həyətinə, bankın zirzəmisinə, su arxına, suvarma və drenaj kanalının ətrafına, dəniz və çay sahilinə, yol kənarına, yeni avtomobil yolunun çəkiləcəyi əraziyə, avtobaza ərazisinə, körpü ərazisinə, istirahət mərkəzinə, qəbirstanlığa, yaşayış binasının yaxınlığına baxış keçirilib, 5 124 ədəd partlamamış hərbi sursat, 77 ədəd tank əleyhinə mina və 9 ədəd piyada əleyhinə mina aşkar olunaraq zərərsizləşdirilib, 1 503 433 kv.m ərazi (495 076 kv.m əl ilə, 418 300 kv.m mexaniki üsulla, 113 000 kv.m SENSYS dərinlik ölçən cihazı və 477 057 kv.m minaaxtaran itlərin dəstəyi ilə) yoxlanılıb.