Bakıda şok - 22 yaşlı qızın mədəsindən 4 kq...

8 Aprel 2017 20:44 (UTC+04:00)

Bu, nəinki Aazərbaycanda, hətta dünyada mədədə rast gəlinmiş ən böyük yad cisimdir.

Xezerxeber. az məlumat verir ki, Azərbaycanda keçirilmiş əməliyyat zamanı mədədən çıxan bu uzunluqdakı saç topası hər kəsi şoka salıb. Çünki nadir hesab olunan oxşar hadisələr zamanı əvvəllər mədədən maksimum 2 kiloqram yad cisim xaric edilib. 22 yaşlı qadının mədəsindən çıxan saç topası, yəni bezuar isə 3,8 kiloqram, üstəlik 3 metrdən uzun olub. Xəstəni əməliyyat edən cərrah, tibb elmləri namizədi Zahid Zahidov qeyd edir ki, bu, ölçüsünə görə dünyada ilk belə hadisədir.

Əməliyyat edilmiş 22 yaşlı qadın psixatrik xəstəxanalardan birindən göndərişlə klinikaya daxil olub. Onun mədəsində belə bir cismin əmələ gəlməsi də məhz onun psixi problemləri ilə əlaqəli olub.

Xəstə əməliyyatdan 5 gün sonra evə buraxılıb və hazırda vəziyyətinin normal olduğu bildirilir. Amma həkim qeyd edir ki, qadın yenidən saç yeməyə başlasa, mədəsində yenidən eyni problemin yaranması qaçılmaz olacaq.

AzNews.az