Heç kəs metroda belə vəziyyətdə olmaq istəməz - Video

8 Aprel 2017 21:13 (UTC+04:00)

AzNews.az Rusiya mətbuatına istinadən xəbər verir ki, qadının başı metroda qatarın qapıları arasında qalıb. Maraqlısı isə budur ki, həmin sərnişini görən heç kim ona kömək etməyib. Qatarın qapısı açıq olduğu üçün o da hərəkət edə bilməyib. Nyu-York metrosunun mətbuat xidmətindən verilən məlumata görə, qadını metro işçilərindən biri həmin vəziyyətdən xilas edib. Qadının vəziyyəti yaxşıdır, ona heç bir tibbi yardım göstərilməyib.