23 yaşlı motosikletçi faciəvi şəkildə həyatını itirdi - Bakıda

9 Aprel 2017 16:54 (UTC+04:00)

AzNews.az Lent.az-a istinadən xəbər verir ki, dünən axşam Binəqədi rayonu ərazisindəki yol kəsişməsində "Mercedes" markalı minik avtomobili motosikleti vurub. Nəticədə motosiklet bir neçə metr qarşı tərəfə düşüb. 23 yaşlı motosikletçi aldığı xəsarətlərdən hadisə yerindəcə keçinib.

Faktla bağlı Binəqədi rayon Polis İdarəsində cinayət işi açılıb, araşdırma aparılır.