Avtomobillər toqquşdu - 1 nəfər öldü

10 Aprel 2017 09:04 (UTC+04:00)

AzNews.az xəbər verir ki, Fövqəladə Hallar Nazirliyinin Böhran Vəziyyətlərində İdarəetmə Mərkəzinə Sabirabad rayonu, Nizami kəndində “KAMAZ” markalı yük avtomobili ilə “VAZ” markalı minik avtomobilin toqquşması nəticəsində yol nəqliyyat qəzasının baş verməsi barədə məlumat daxil olub. Dərhal Nazirliyin Dövlət Yanğından Mühafizə Xidmətinin yanğınsöndürən-xilasediciləri hadisə yerinə cəlb olunaraq minik avtomobilində sıxılan vəziyyətdə qalan 1980-cı il təvəllüdlü Musayev Rəşad Arif oğlunun cəsədini çıxarıb vəaidiyyatı üzrə təhvil veriblər. Əməliyyat saat 2:03-də başa çatıb.