Ali məktəblərə ərizə qəbulunun müddəti uzadıldı

10 Aprel 2017 17:24 (UTC+04:00)

Dövlət İmtahan Mərkəzindən AzNews.az-a verilən xəbərə görə, abituriyentlər qeyd olunan tarixədək elektron ərizələrini təsdiq edə bilərlər.

Elektron ərizələrini Sənəd Qəbulu Komissiyalarında (SQK) təsdiq etdirməli olan və ya hər hansı bir səbəbdən ərizəsini özü təsdiq edə bilməyən abituriyentlər üçün SQK-lar aprelin 11-də saat 09:00-dan 17:00-dək fəaliyyət göstərəcək.

Elektron ərizəsinin təsdiq olunmasını təmin etməyən abituriyentlər qəbul imtahanına buraxılmayacaq.