Narkotik istifadəçisi olan oğru saxlanıldı

10 Aprel 2017 17:59 (UTC+04:00)

ARB TV xəbər verir ki, istintaq zamanı onun 1080 manat pul oğurladığı da müəyyən olunub.

Xaçmaz rayon Polis Şöbəsi əməkdaşlarının keçirdikləri əməliyyat-axtarış tədbirləri nəticəsində Xaçmaz şəhər sakini, 44 yaşlı Ağayev Hidayət Alimşah oğlu saxlanılıb.

Onun üzərinə baxış zamanı gödəkçəsinin cibindən bir büküm, çəkisi 1.29 qram narkotik vasitə olan heroin aşkar edilərək götürülüb.

Aparılan istintaq tədbirləri nəticəsində həmin şəxsin Xaçmaz şəhər sakini İntiqam Əkbərova məxsus avtomobildən 1080 manat pul oğurladığı da müəyyən edilib.

Hər iki faktla bağlı Xaçmaz RPŞ-də cinayət işi açılıb, araşdırmalar davam etdirilir.

AzNews.az