Bakıda binada yanğın oldu, 1 nəfər xilas edildi

10 Aprel 2017 20:17 (UTC+04:00)

AzNews.az FHN-nin saytına istinadən xəbər verir ki, Bakı şəhəri, Binəqədi rayonunda çoxmərtəbəli yaşayış binasının zirzəmisində 1 ədəd yataq dəsti yanıb.

Yanğın zamanı 1 nəfər tüstüdən zəhərlənmiş vəziyyətdə yanğınsöndürənlər tərəfindən xilas edilərək aidiyyəti üzrə təhvil verilib. Zirzəmi yanğından mühafizə olunmuşdur. Yanğın saat 17:39-da yanğınsöndürənlər tərəfindən söndürülüb.