51 yaşlı kişinin meyiti aşkarlandı

11 Aprel 2017 10:36 (UTC+04:00)

Rayon Polis İdarəsindən APA-ya verilən məlumata görə, rayonun Masazır qəsəbəsində üzərində döyülmə əlamətləri olan kişi meyiti aşkar edilib.

Araşdırmalar zamanı meyit tapılan şəxsin, rayon sakini, 1966-cı il təvəllüdlü Tapdıq Əzizağa oğlu Məmiyev olduğu müəyyən edilib.

Hadisənin motivi hələlik məlum deyil.

Faktla bağlı cinayət işi başlanıb, araşdırmalar davam etdirilir.

AzNews.az