Yükdaşıma qiymətləri artıb

11 Aprel 2017 11:19 (UTC+04:00)

Dövlət Statistika Komitəsindən AzNews.az-a verilən məlumata görə, cari ilin mart ayında fevral ayına nisbətən yükdaşıma qiymətləri 2,5 faiz, o cümlədən boru kəməri nəqliyyatı ilə neft və qazın nəql olunma qiyməti müvafiq olaraq 4,5 və 2,7 faiz, ölkələrarası yükdaşıma qiymətləri dəmir yolu və hava nəqliyyatında 2,7 faiz, dəniz nəqliyyatında 3,0 faiz azalıb, avtomobil nəqliyyatında 8 faiz artıb.

Ölkədaxili yükdaşıma qiymətlərinin isə sabit qaldığı bildirilir.