Azərbaycanda hansı məhsullar bahalaşıb? - Statistika

11 Aprel 2017 11:25 (UTC+04:00)

Dövlət Statistika Komitəsindən AzNews.az-a verilən məlumata görə, 2017-ci ilin mart ayında fevral ayına nisbətən kənd təsərrüfatı məhsullarının istehsalçı qiymətləri 1,3 faiz, o cümlədən heyvandarlıq məhsullarının istehsalçı qiymətləri 3,2 faiz bahalaşıb, bitkiçilik məhsullarının istehsalçı qiymətləri 0,6 faiz ucuzlaşıb.

Ay ərzində bitkiçilik məhsullarından arpanın, buğdanın, almanın, fındığın istehsalçı qiymətində ucuzlaşma, şabalıdın, qozun, narın, lobya dəninin, balqabağın və baş sarımsağın qiymətində bahalaşma müşahidə olunub. Digər bitkiçilik məhsullarının istehsalçı qiymətlərində ciddi dəyişikliklər baş verməyib.

Mart ayında heyvandarlıq məhsullarından südün, mal, qoyun və quş ətinin istehsalçı qiyməti bahalaşıb. Digər heyvandarlıq məhsullarının istehsalçı qiymətlərində ciddi dəyişikliklər baş verməyib.