“Azərbaycan xarici siyasət istiqamətində mühüm addımlar atır”

11 Aprel 2017 13:13 (UTC+04:00)

Bu fikri Azadinform-a açıqlamasında politoloq Arzu Nağıyev deyib. O bildirib ki, prezident öz çıxışında Dağlıq Qarabağ münaqişəsinin həlli ilə bağlı aparılan danışıqlar prosesinə də toxundu:

“Düşünürəm ki, bundan sonra da Azərbaycan daxili, həm də xarici istiqamətdə Dağlıq Qarabağ münaqişəsinin həllini üstün tutacaq”. Politoloq vurğulayıb ki, ilin birinci rübündə Azərbaycan bir sıra Avropa dövlətləri, eləcə də aparıcı müsəlman dövlətləri ilə əlaqə saxlayıb: “Azərbaycan xarici siyasət istiqamətində mühüm qərarlar qəbul edir və mühüm addımlar atır. Məhz buna görə də beynəlxalq səviyyəli tədbirlərə ev sahibliyi edir. Həmçinin, ötən ay Bakı V Qlobal Foruma da ev sahibliyi etdi. İslam Oyunları da Azərbaycanda keçiriləcək”.

A. Nağıyev əlavə edib ki, bütün bu məsələləri müsbət qiymətləndirmək lazımdır.

AzNews.az