Türkiyə Hərbi Dəniz Qüvvələrinin komandanı Bakıya gəldi

11 Aprel 2017 13:37 (UTC+04:00)

Müdafiə Nazirliyinin mətbuat xidmətindən AzNews.az-a verilən məlumata görə, səfər çərçivəsində qonağın Müdafiə Nazirliyində görüşü planlaşdırılır.

Admiral B.Bostanoğlunun rəhbərlik etdiyi nümayəndə heyətinin Hərbi Dəniz Qüvvələri Komandanlığı, Heydər Əliyev adına Azərbaycan Ali Hərbi Məktəbi ilə tanışlığı da nəzərdə tutulub.

Səfər aprelin 14-dək davam edəcək.