Gəncədə partlayış baş verdi - qadın yaralandı

11 Aprel 2017 23:13 (UTC+04:00)

AzNews.az Apa-ya istinadən xəbər verir ki, hadisə şəhərin 4-cü mikrorayonda qeydə alınıb. Qaz sızması səbəbindən baş vermiş partlayış nəticəsində 1960-cı il təvəllüdlü Rəqibə Musayeva müxtəlif bədən xəsarətləri alaraq, Gəncə şəhər Təcili Tibbi Yardım Xəstəxanasına yerləşdirilib.

Ona tibbi yardım göstərilib. Vəziyyətinin orta ağır olduğu bildirilir.