Rusiyadan Azərbaycana 4800 siqaret gətirmək istədi

12 Aprel 2017 09:57 (UTC+04:00)

Dövlət Gömrük Komitəsinin mətbuat xidmətindən AzNews.az-a verilən məlumata görə, Xaçmaz Gömrük İdarəsinin "Samur” gömrük postunun idxal nəzarəti zonasına Rusiya Federasiyası istiqamətindən daxil olan Azərbaycan Respublikası vətəndaşının idarə etdiyi "VAZ 21124” markalı nəqliyyat vasitəsinə gömrük baxışı keçirilib. Yoxlama zamanı nəqliyyat vasitəsinin istilik sobasının altından gömrük nəzarətindən gizlədilən 2800 ədəd "NZ Gold Compact” və 2000 ədəd "Portal Gold” markalı, ümumilikdə 4800 ədəd siqaretlər aşkar edilib.

Faktla bağlı araşdırma aparılır.