Diyarbəkirdəki partlayış terror aktıdır- Terrorçular tunel qazıblar

12 Aprel 2017 11:26 (UTC+04:00)

AzNews.az xarici mətbuata istinadən xəbər verir ki, bu barədə Türkiyə Daxili İşlər Nazirliyi məlumat yayıb. Məlum olub ki, terrorçular yerin altından partlayışın baş verdiyi polis məktəbinin emalatxana binasına tunel qazıblar. Daha sonra bu tuneldən keçərək binaya çoxsaylı partlayıcı qurğular yerləşdiriblər.

Ən son məlumtalara görə, partlayış nəticəsində 3 nəfər polis əməkdaşı şəhid olub.

Hadisəylə əlaqədar 5 nəfərin həbs edildiyi bildirilir.