Partlayışa görə təxirə salınan oyun baş tutdu - 5 qol vuruldu

12 Aprel 2017 22:52 (UTC+04:00)

AzNews.az Qol.az-a istinadən xəbər verir ki, ilk matç Dortmundda baş tutdu. “Borussiya” - “Monako” görüşü dünən keçirilməli olsa da, meydan sahiblərini oyuna aparan avtobusun yaxınlığında baş vermiş 3 partlayış səbəbindən görüş təxirə salınmışdı. Bugünkü matçda "Monako" 3:2 hesabı ilə qalib gəlib.

“Bavariya” öz meydanında “Real”la qarşılaşır. Bu oyuna erkən final da adlandırmaq olar.

Madriddə keçiriləcək matçda isə “Atletiko” “Lester”lə münasibətlərinə aydınlıq gətirir. Buna qədər sensasiyaya imza atan “Lester”in “Atletiko” qarşısındakı çıxışı maraq doğurur.