Bankda oğurluq zamanı qəhrəmanlıq - bank işçisi qadın girovu belə xilas etdi (Video)

13 Aprel 2017 00:00 (UTC+04:00)

AzNews.az xarici KİV-ə istinadən xəbər verir ki, iş gününün qızğın vaxtında oğru banka daxil olaraq, qadın müştərini girov götürür, boğazına bıçaq dirəyir

Köməyə gələn bank işçisi oğruya qadının əvəzində özünü təklif edir. Soyğunçu bu təkliflə razılaşır. Qorxudan titrəyən qadınla yerini dəyişə bilir.

Qadının yerinə oturarkən, oğru gözləmədiyi anda, bank işçisi onun əlindən bıçağı ala bilir. Həmin an mühafizəçi qaçaraq, oğrunu zərərsizləşdirə bilir.