Mühacir biznesi: Əli Kərimli vətəndaşları Azərbaycandan necə qaçırır? - FOTOFAKT

13 Aprel 2017 09:28 (UTC+04:00)

Publika.az-ın əldə etdiyi məlumata görə, sözügedən faktın üstünü sosial şəbəkələrdə “Eliyev Famil” adlı istifadəçi açıb.

İstifadəçi qeyd edir:

“Bəli, AXCP iddia edir ki, heç kimə xaricdə oturum almaq üçün sənəd verməyiblər. “Sənəd nədir, a kişi? Arayış belə verməmişik” deyirlər. Bəs bu sənəd dediyiniz Əli Kərimlinin qohumu İnqilab Kərimliyə aid deyil? Yoxsa bu da saxtadır? Onun üçün nə gözəl arayış yazmısınız! Arayışı oxuyan hər bir kəsdən fikirlərini yazmağlarını xahiş edirəm”.

Daha sonra həmin istifadəçi öz profilində sözügedən arayışın sürətini də yayımlayıb.