Kitabsız kitabxana yaradılacaq

5 Fevral 2013 08:44 (UTC+04:00)



İclasda struktura daxil olan bütün mədəniyyət müəssisələrinin rəhbərləri iştirak edib.

İclasda Bakı Şəhər Mədəniyyət və Turizm İdarəsinin rəisi Əlikram Əliyev çıxış edərək, 2013-ci ilə aid tədbirlər planını açıqlayıb. Sonra o, 2013-cü ildə yeni layihələr həyata keçiriləcəyini, "Folklor Teatr"ının yaradılacağını bildirdi: "Azərbaycanda ilk dəfə olaraq Kitabsız kitabxana yaradılacaq. Bu lahiyə üzərində artıq işlər gedir".

İclasda həmçinin cari məsələlər müzakirə olundu, görüləcək işlər və qarşıya qoyulan öhdəliklər haqqında ətraflı məlumat verildi.


Bahar Rüstəmli
AzNews.az