Sürüşmə aktivləşdi - Yolları su basdı

13 Aprel 2017 11:18 (UTC+04:00)

Bunu Trend-ə Ekologiya və Təbii Sərvətlər Nazirliyinin Milli Geoloji Kəşfiyyat Xidmətinin Geoloji Planlama Ekspedisiyasının dəstə rəisi Rafiq Həsənov deyib.

Onun sözlərinə görə, Bakıda Zığ sürüşmə sahəsində - Hətəm Allahverdiyev, Xanlar küçələrində sürüşmə sahəsində nisbi aktivlik müşahidə edilir.

Abşeron rayon Masazır qəsəbəsinin Qır gölü ətrafında sürüşmə sahələrində nisbi aktivlik qeydə alınır. Bundan başqa, Zəli gölünün ətrafında payızda yaranan sürüşmə sahəsində aktivləşmə müşahidə edilir. Ərazidəki torpaq çatları da genişlənib, sürüşmənin əhatə olunduğu ərazi böyüyüb.

R.Həsənov bildirib ki, Zabrat qəsəbəsi və Məmmədli kəndi arasındakı gölün səviyyəsi qalxdığından ətraf ərazilərin su ilə basılması prosesindəki aktivlik davam edir. Buradakı su Zabrat-Kürdəxanı yolunun üstündən aşaraq onun əks istiqamətindəki ərazini basıb.

Bununla yanaşı, Bakının Binəqədi rayonunun, Sabunçu rayonunun Maştağa qəsəbəsiniin bəzi ərazilərində, Savalan qəsəbəsində, Yeni Ramana qəsəbəsindəki “Şuşa şəhərciyi”ndə və Abşeron rayonunun Masazır qəsəbəsində subasma hadisələrində akltivlik davam edir.

AzNews.az