Millət vəkilinin avtomobili təqaüdçünü vurdu- FOTO

13 Aprel 2017 13:34 (UTC+04:00)

AzNews.az Ukrayna mətbuatına istinadən xəbər verir ki, hadisə bu gün səhər saatlarında baş verib. Hadisə yerindən çəkilən şəkildən aşkar görünür ki, Savçenko avtomobildən çıxaraq yaralı qadına kömək edir.

Sosial şəbəkələrdə geniş müzakirə olunan bu hadisəyə şərh yazan ukraynalılar buna görə millət vəkilinə heç bir cəzanın tətbiq ediməycəyini proqnozlaşdırırlar.

Bir müddət əvvəl Savçenkonun avtomobili Kiyevin mərzində qəza törətmişdi. Araşdırmalar nəticəsində sürücünün yüksək miqdarda spirtli içki qəbul etdiyi məlum olmuşdu.