ABŞ qırıcıları İŞİD-in kimyəvi silah anbarını vurdu- Zəhərli qazdan yüzlərlə dinc sakin öldü

13 Aprel 2017 14:56 (UTC+04:00)

AzNews.az Reuters agentliyinə istinadən xəbər verir ki, İŞİD-in kimyəvi silah anbarı Deyrizorda yerləşirdi. Bu anbarda yerləşən qazın ətrafa yaılması nəticəsində yüzlərlə yerli sakin həlak olub.

Aviazərbələrin aprelin 12-də yerli vaxtla saat 17:30-17:50-də endirildiyi bildirilir. Yanğın yerli vaxtla axşam 22:30-a kimi davam etdiyi bildirilir.

Suriya ordusu yaydığı bəyanatda bununla da İŞİD və Əl-Qaidə terror təşkilatlarının kimyəvi silaha malik olduğunun sübut edildiyini bəyan ediblər.