Salyanda əməliyyat - Bir ailənin üç üzvü saxlanıldı

13 Aprel 2017 15:52 (UTC+04:00)

“Report”un məlumatına görə, hadisə Xəlil Rza Ulutürk posepektində qeydə alınıb.

Belə ki, Salyan Rayon Polis Şöbəsinin (RPŞ) əməkdaşları daxil olmuş əməliyyat məlumatı əsasında şəhər ərazisində əməliyyat-axtarış tədbirləri keçiriblər.

İlkin məlumata görə, əməliyyat tədbirləri nəticəsində Avtovağzal ərazisində Rəşad Ramil oğlu Bağırov, onun atası və anası saxlanılıb. Onların yaşadığı evə baxış keçirilib.

Hadisənin səbəbi hələlik məlum deyil, araşdırmalar davam etdirilir.

AzNews.az