Partlayışda yaralanan qadın dünyasını dəyişib

13 Aprel 2017 16:45 (UTC+04:00)

“Report”un xəbərinə görə, fevralın 26-da Şuvalan qəsəbəsi Sabir küçəsi ev 63 ünvanında yaşayan 1966-cı il təvəllüdlü Mehriban Süleymanova yaşadığı evdə elektrik radiator qızdırıcının partlaması nəticəsində hər iki ayağının yanığı xəsarətləri ilə 5 saylı Klinik Xəstəxanaya yerləşdirilib. M.Süleymanova xəstəxanada vəfat edib.

Faktla bağlı araşdırma aparılır.

AzNews.az