Bakıda “Baddi ayısı”na heykəl qoyuldu - Foto

13 Aprel 2017 19:09 (UTC+04:00)

AzNews.az Azərtac-a istinadən xəbər verir ki, tədbirdə çıxış edən Almanıyanın Azərbaycandaki səfiri Mixael Kindsqrab ölkələrimiz arasında iqtisadi, mədəni sahələrdə əlaqələri yüksək qiymətləndirib. Səfir hökumətlər və parlamentlər arasında əməkdaşlığın inkişaf etdiyini bildirib. O, Almaniya ilə Azərbaycan arasında münasibətlərin 25 ili ərzində əlaqələrin daha da inkişaf etdirilməsi üçün gözəl bünövrə yarandığını deyib.

“Ümid edirəm ki, “Baddi ayısı” heykəli ölkələrimiz arasında dostluq rəmzi olacaq. Bu heykəl, həmçinin gözəlliyi ilə Bakı sakinlərinin və turistlərin marağına səbəb olacaq”.