Azərbaycanda mühərrik yağları zavodu işə düşəcək

13 Aprel 2017 20:15 (UTC+04:00)

AzNews.az Trend-ə istinadən xəbər verir ki, bunu "Alco Lubricant" şirkətinin baş mühəndisi Ariz Quliyev deyib.

Onun sözlərinə görə, zavodun istehsalat gücü illik 30 min ton mühərrik yağı təşkil edəcək: "Məhsulumuz "Mobil", "Exxon", "Shell" kimi şirkərtlərin məhsulu ilə rəqabat aparacaq və həm daxili bazarda, həm də Azərbaycan brendi ilə xarici bazarlarda satılacaq".

Baş mühəndis deyib ki, zavodun tikintisi üçün 10 milyon dollara yaxın vəsait cəlb edilib.