"Bədxah ermənilər bunu da etdilər" - Eldar

14 Aprel 2017 11:56 (UTC+04:00)

AzNews.az Axşam.az-a istinadən xəbər verir ki, müğənni bildirib ki, artıq məsələ ilə bağlı lazımi qurumlara müraciət olunub:

“Komandam məsələ üzərində çalışır. İnstaqrama rəsmi məktub göndərilib. Sizin vasitənizlə izləyicilərimdən üzr istəyirəm. Mənim səhifəmdə bu cür xoşagəlməz materiallar paylaşılır... Ümid edirəm ki, yaxın saatlarda bu problem həll olunacaq. Bir neçə vaxtdır səhifəmə hücumlar olunduğunu hiss edirdim. Qarşısını almağa çalışırdıq. Amma bu gün onlar bunu etdilər, bədxah ermənilər mənim profilimi ələ keçirdilər. Hazırda profilimə daxil ola bilmirəm, heç o səhifəyə baxmaq da istəmirəm. Səhifəmdə çox bərbad materiallar paylaşılır. Bu da məni çox qıcıqlandırır”.