Kəbirə Məmmədovanın ailəsindən yanan maşına görə açıqlama

14 Aprel 2017 14:02 (UTC+04:00)

AzNews.az Sonxeber.-ə istinadən xəbər verir ki, K.Məmmədovanın qardaşı oğlu Valeh Məmmədov deyib ki, "VAZ-2104"-ün sürücüsü Gülağa Quliyev onun qonşusudur.

"Şəkilləri yayılan "Mercedes" markalı maşın və nömrə də mənim əvvəlki avtomobilim olub. Maşını satandan sonra nömrənin Gülağanın adına sənədləşdirdim. Avtomobil onun özünündür. K.Məmmədovanın bu məslə ilə bağlı əlaqəsi yoxdur. Adı çəkilən klinika bizimdir. Bu məsələnin bizimlə nə əlaqəsi var? Avtomobil qanuni sənəddə Gülağaya aiddir. Nömrə də sənədləşdirmədə onun adındadır. Lakin maşın şirkətin balansındadır. Klinika hazırda təmirdədir".

V.Məmmədov əlavə edib ki, G.Quliyev onun qapıbir qonşusudur, 1973 təvəllüdlüdür. Ata –anası vəfat edib. İki qızı var: “Ailəsi hadisədən məlumatlıdır. Hazırda cəsədi morqdan götürüblər. Şüvəlana gətirirlər. Bir saat sonra dəfn olunacaq. O, bizim yaxın qonşumuzdur. Allahın köməyi ilə nə lazımdır kömək edəcəyik”.