İTV-nin Yayım Şurasına yeni üzvlər seçildi - Adlar

14 Aprel 2017 14:09 (UTC+04:00)

AzNews.az xəbər verir ki, İTV-nin Yayım Şurasında 6 illik səlahiyyət müddətinin başa çatmış üç nəfərin yerinə yeni namizədlər irəli sürülmüşdü.

Bunlar Mətbuat Şurasının namizədləri Azər Həsrət və Yadigar Məmmədli, Milli Elmlər Akademiyasının namizədi Muxtar İmanov, Həmkarlar İttifaqları Konfederasiyasının namizədləri Həsən Cəfərov və Əli Cəfərov idi.

Milli Məclis hər təşkilatdan bir nəfər olmaqla, 3 namizədi 6 il müddətinə İctimai Televiziya və Radio Yayımları Şirkətinin Yayım Şurasının üzvlüyünə təsdiqləyib.

Beləliklə Azər Həsrət, Muxtar İmanov, Həsən Cəfərovun namizədliyi təsdiq edilib.