Sulu qəlyanın istifadəsi qadağan edilə bilər

14 Aprel 2017 15:19 (UTC+04:00)

AzNews.az Trend-ə istinadən xəbər verir ki, bu təkliflə Milli Məclisin deputatı Qənirə Paşayeva parlamentdə yeni hazırlanmış “Tütün məmulatlarının istifadəsinin məhdudlaşdırılması haqqında” qanun layihəsinin müzakirəsi zaman deyib.

Q.Paşayeva bildirib ki, sulu qəlyan da insan sağlamlığı üçün zərərlidir:

“Ona görə də sulu qalyanın da qadağan edilməsi ilə bağlı məsələ yeni hazırlanmış qanun layihəsinə daxil edilməlidir”.

Digər millət vəkilləri də sulu qəlyanın istifadəsinin qadağan edilməsi təklifini dəstəkləyiblər.