Lerik işıqsız qalıb

14 Aprel 2017 20:11 (UTC+04:00)

"Report"un Cənub bürosunun verdiyi məlumata görə, səhər satlarında başlayan külək günorta saatlarında daha da şiddətlənib. Nəticədə rayon ərazisinə elektrik enerjisinin verilişi dayandırılıb. Hazırda kəndlərin əksəriyyətində işıq yoxdur. Ancaq rayon mərkəzinə və bir neçə yaxın kəndə bir qədər əvvəl enerji verilişi bərpa edilib.

Qeyd edək ki, yağışla müşayiət olunan külək nisbətən səngisə də, əsməkdə davam edir.

AzNews.az